Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
 
Münhenqladbax "Borussiya"sı səfərdə autsayderlər qrupunda yer alan "Arminiya"nın qonağı olub və minimal hesabla qalib gəlib. "Leyptsiq" də "Ştutqart"la səfər oyunundan qələbə ilə dönüb.
 
"Hoffenhaym" evdə "Frayburq"a, "Köln" "Auqsburq"a, "Verder" isə "Union Berlin"ə uduzub.
 
"Ayntraxt" "Bayer"i, "Herta" da "Şalke"ni məğlub yola salıb.
 
Almaniya Bundesliqası
14-cü tur
2 yanvar
 
Hoffenhaym – Frayburq 1:3
Qol: Bebu, 58 – Santamariya, 7. Qrifo, 34-pen. A.Kasım, 42-öz qapısına.
 
Köln – Auqsburq 0:1
Qol: Yaqo, 77.
 
Verder – Union Berlin 0:2
Qol: Bekker, 12. Avoniyi, 28.
 
Arminiya – Borussiya (Münhenqladbax) 0:1
Qol: Embolo, 58.
 
Ayntraxt – Bayer 2:1
Qol: Yunes, 22. Tapsoba, 54-öz qapısına – Amiri, 10.
 
Herta – Şalke 3:0
Qol: Genduzi, 36. Kordoba, 52. Pyontek, 80.
 
Ştutqart – Leyptsiq 0:1
Qol: Olmo, 67.
 
3 yanvar
 
18:30 Borussiya (Dortmund) – Volfsburq
21:00 Bavariya – Maynts

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest