Futbol üzrə Türkiyə Super Liqasının 16-cı turu çərçivəsində doğma meydanda "Antalyaspor"la qarşılaşan "Qalatasaray" qolsuz heç-heçəyə razılaşdı.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bu görüşdə ciddi itkilərlə də üzləşib.
 
Belə ki, "sarı-qırmızılar"ın birdən-birə üç futbolçusu cəzalı duruma düşüb. Emre Kılınc qırmızı vərəqə aldığı üçün növbəti oyunu buraxmalı olacaq. Arda Turanla Markao isə sarı vərəqə limitini doldurduğuna görə "Konyaspor"la matçda forma geyinə bilməyəcək.
 
"Qalatasaray"ın hücumçusu Radamel Falkao da "Antalyaspor"la görüşdə sıradan çıxıb. Kolumbiyalı forvard 46-cı dəqiqədə meydana buraxılsa da, 77-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib. Türkiyəyə gələndən bəri tez-tez zədələnməsi ilə diqqət mərkəzinə düşən 34 yaşlı forvard yenicə sıraya dönmüşdü.
 
Xatırladaq ki, "Qalatasaray"ın daha bir futbolçusu – Omar Elabdullaui də bir neçə gün öncə yeni il atəşfəşanlığı zamanı üzündən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest