Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Braunşveyq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb.
 
14 turdan sonra 22 xala malik "Ersgebirge" 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest