Turun mərkəzi görüşü Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi "Çelsi" doğma meydanda "Mançester Siti" ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyunda qələbəni qonaqlar bayram ediblər.

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi "çelsi" doğma meydanda "Mançester Siti" ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyunda qələbəni qonaqlar bayram ediblər.
 
"Lester Siti" isə səfərdə "Nyukasl"dan üstün olub.
 
İngiltərə Premyer Liqası
17-ci tur
1 yanvar
 
Everton – Vest Hem 0:1
Qol: Souçek, 86.
 
Mançester Yunayted – Aston Villa 2:1
Qol: Marsyal, 40. B.Fernandes, 61-pen – Traore, 58.
 
2 yanvar
 
Tottenhem – Lids 3:0
Qol: Keyn, 29. Son, 43. Alderveyreld, 50.
 
Kristal Pelas – Şeffild Yunayted 2:0
Qol: Şlupp, 4. Eze, 45+6.
 
Brayton – Vulverhempton 3:3
Qol: Konnolli, 13. Maupay, 46-pen. Dank, 70 – Saiss, 19. Börn, 34-öz qapısına. Neves, 44-pen.
 
Vest Bromviç – Arsenal 0:4
Qol: Tirni, 23. Saka, 28. Lakazette, 60; 64.
 
3 yanvar
 
Bernli – Fulhem matçı təxirə salınıb
 
Nyukasl – Lester 1:2
Qol: Kerrol, 82 – Meddison, 55. Tilemans, 72.
 
çelsi – Mançester Siti 1:3
Qol: Hadson-Odoi, 90+2 – İ.Gündoğan, 18. Foden, 21. De Breyne, 34.
 
4 yanvar
 
00:00 Sauthempton – Liverpul

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest