Futbol üzrə İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən "Hueska" ilə səfər matçı "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, start heyətində meydana daxil olan argentinalı hücumçu La Liqada 500-cü matçına çıxıb.
 
O, bu oyunlarda 451 qol vurub, 197 məhsuldar ötürmə müəllifi olub.
 
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti bu ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest