Futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun "Krotone" ilə oyunu "İnter"in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, belçikalı hücumçu Milan təmsilçisində yeni rekord müəyyənləşdirib.
 
"İnter"in 6:2 hesabı ilə qalib gəldiyi matçda fərqlənən Lukaku bu komandanın heyətində daxili turnirlərdə 50-ci qolunu vurub. Təcrübəli oyunçu bu göstəriciyə 70-ci matçında nail olub.
 
Qeyd edək ki, bu rekord daha əvvəl braziliyalı hücumçu Ronaldoya məxsus olub. Veteran hücumçu "İnter"də 77 oyuna 50 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest