Baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərən İspaniyanın "Atletik" klubunun yeni çalışdırıcısı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, klub Marselino Qarsiya Toralla anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda mütəxəssislə razılığa gəlindiyi bildirilib. Onunla 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanacaq.
 
Marselino daha öncə "Valensiya"ya rəhbərlik edib.
 
"Atletik" hazırda 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest