Futbol üzrə İspaniya çempionatının 17-ci turu çərçivəsində baş tutan "Hueska" ilə oyun "Barselona"nın kapitanı Lionel Messi üçün daha bir yubileylə əlamətdar olub.
 
Matc.az xəbər verir ki, La Liqada 500-cü matçını keçirən argentinalı futbolçu həm də 300-cü məhsuldar ötürməsinə imza atıb.
 
Belə ki, matçdakı yeganə qolun müəllifi Frenki De Yonqun qolunun ötürməsini məhz Messi verib. Bununla da argentinalı oyunçu karyerası ərzində 300-cü məhsuldar ötürməsinə imza atıb.
 
Messi "Barselona"nın heyətində 750 matçda 260, həmçinin Argentina yığmasının heyətində 142 matçda 40 ötürmə edib.
 
Argentina millisinin üzvü "Barselona"nın əsas heyətində 17-ci mövsümünü keçirir. 33 yaşlı hücumçu İspaniya çempionatında 451 qol vurub və 185 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest