Fransanın PSJ klubunun futbolçusu Rafinya Alkantara koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.
 
27 yaşlı futbolçu koronavirus testi müsbət çıxan yeganə futbolçu olub. Onun karantinə alındığı bildirilir. Bu səbəblə Rafinya komandanın yeni baş məşqçisi Maurisio Poçettinonun rəhbərliyi ilə ilk məşqə qatıla bilməyəcək.
 
PSJ dünən bir futbolçusunun koronavirusa yoluxduğunu açıqlasa da, həmin şəxsin kimliyi bildirilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest