"Keşlə"nin hücumçusu Amil Yunanov karyerasında 40-cı qolu vurub. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yubiley qolu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab oyununa (1:1) təsadüf edib.

Amil bu qollardan 33-nü Premyer Liqa, 7-ni Azərbaycan kubokunda vurub. Qol hesabını 2011/12 mövsümündə "Qəbələ"də çıxış etdiyi vaxt açan Yunanov "Sumqayıt"da daha çox fərqlənib. O, bu klubda 28 dəfə çempionat, 6 dəfə kubokda rəqib qapısına yol tapıb.

"Keşlə"də 5-ci qolunu vuran hücumçu 4 dəfə Premyer Liqada fərqlənmişdisə, yeni klubunda ilk kubok qoluna sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest