Partinin səhərə qədər davam etdiyi və koronavirus qaydalarına əməl olunmadığı qeyd edilir. Bu səbəblə klub daxilində Mendi ilə bağlı araşdırma başladılacaq.

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Benjamin Mendi barədə araşdırmaya start verib.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun koronavirusla bağlı qaydaları pozmasıdır.
 
Belə ki, 26 yaşlı futbolçu koronavirus qaydalarını pozaraq evində parti təşkil edib. O, partiyə kənardan birini dəvət etməsə də, evində öz qohumları və dostları ilə birlikdə əylənib. Partinin "Everton"la oyunun koronavirus səbəbiylə təxirə salınmasından sonra təşkil edildiyi bildirilir. Partinin səhərə qədər davam etdiyi və koronavirus qaydalarına əməl olunmadığı qeyd edilir. Bu səbəblə klub daxilində Mendi ilə bağlı araşdırma başladılacaq.
 
"Mançester Siti"də bir neçə futbolçuda, həmçinin klub işçisində koronavirus aşkarlanıb. Bu səbəblə komandanın "Everton"la oyunu təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest