Türkiyənin "Kayserispor" klubu baş məşqçisi Samet Aybabanı istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. 
 
Mövsümə Bayram Bektaşla başlayan və uğursuz nəticələrə görə onu istefaya göndərən "Kayserispor", Samet Aybabanın rəhbərliyi altında 8 Super Liqa, 1 kubok matçına çıxıb. Lakin komanda bu oyunların heç birində qələbə qazana bilməyib. Kayseri təmsilçisi yalnız 5 heç-heçə ilə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest