"Teymur Rəcəbovun qələbəsi Azərbaycan şahmat məktəbinin uğuru, xalqımızın intellektual potensialının göstəricisidir". Matc.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF)  və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.

Rəcəbovun "Airthings Masters" turnirində qələbəsi barədə danışan M.Məmmədov bildirib ki, Teymur final görüşünün hər iki günündə özünü yüksək səviyyədə göstərdi, bütün partiyalarda vəziyyətə nəzarəti özündə saxladı: "İkinci günün birinci partiyası hər iki şahmatçı üçün şanslar və taktiki imkanlarla zəngin idi. Bu mübarizədən Teymur layiqincə çıxdı. Nəticədə "daimi şah" alındı. Bu, artıq Teymurun mənəvi qələbəsi idi. İkinci partiya nəzəri heç-heçə vəziyyətində olsa belə, Teymur Rəcəbov incə nüanslarla Levon Aronyanı qaçılmaz məğlubiyyət qarşısında qoydu.

"ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev digər şahmatçılarımız kimi, Teymurun da uğurlarını daim diqqət mərkəzində saxlayıb, daim ona dəstək olublar. Təkcə Teymur deyil, Azərbaycanın şahmat ailəsi daim dövlətimizin başçısının diqqət və qayğısını hiss edib. ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktubu Teymura yeni qələbələr üçün böyük ruh yüksəkliyi verəcək, onun məsuliyyətini artıracaq. Fürsətdən istifadə edərək Azərbaycan şahmatına göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirmək istərdik".

Məmmədov daha sonra qeyd edib ki, digər şahmatçılardan da eyni uğuru gözləyirlər: "Teymur Rəcəbov 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə Dünya Kubokunun qalibi oldu. O, həmin qələbədən sonra yaxşı idman formasını davam etdirir. Biz gələcəkdə də Teymur Rəcəbovdan və digər şahmatçılarımızdan böyük uğurlar gözləyirik. 2021-ci il şahmatımız üçün Teymur Rəcəbovun qələbəsi ilə başladı. İnanırıq ki, qələbələrimiz davamlı olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest