Vaxtilə 15 il futbolçu kimi "Mançester Yunayted"in uğurları üçün çalışmış Darren Fletçer, bundan sonra yenə "qırmızı şeytanlar"a xidmət edəcək.
 
Matc.az xəbər verir ki, o, bu dəfə məşqçi kimi doğma kluba dönüb.
 
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə Fletçerin əsas komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin köməkçisi kimi çalışacağı diqqətə çatdırılıb.
 
Fletçer 2001/2002 mövsümündən etibarən "Mançester Yunayted"də peşəkar karyerasına başlamış, daha sonra "Vest Bromviç" və "Stok Siti"də də forma geyinmişdi. 2019/20 mövsümünün sonunda azad agentə çevrilən şotland futbolçu 36 yaşında karyerasını başa vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest