"Yuventus"un müdafiəçisi Aleks Sandro koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Covid-19 testi pozitiv çıxan braziliyalı futbolçunun karantinə alındığı diqqətə çatdırılıb.
 
Aleks Sandro bu mövsüm İtaliya A Seriyasında 7 oyunda meydana çıxıb. Onun komandası isə 14 oyuna topladığı 27 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest