"Qəbələ" 2020/21 mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verəcək.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Qəbələdə bir araya gələcək.
 
Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək.
 
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçiriləcək. Belə ki, yanvarın 10-na planlaşdırılan "Neftçi" ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək "qırmızı-qaralar" toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda "Sumqayıt"la matçda qüvvəsini sınayacaq.
 
"Qəbələ"nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest