Almaniyanın "Maynts" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisini Bo Svensson çalışdaracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Svensson daha əvvəl 2015-2019-cu illərdə "Maynts"da məşqçilik edib. Danimarkalı mütəxəssisin son iş yeri Avstriya "Liferinq"i olub.
 
Svensson "Maynts"da baş məşqçi postunda Yan-Morits Lixteni əvəzləyib.
 
"Maynts" Bundesliqada 17-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest