"Neftçi" təlim-məşq toplanışını davam etdirir.
 
Matc.az xəbər verir ki, komanda hazırlıq planına uyğun olaraq günü bir məşqlə başa vurub.
 
Yalnız yerli futbolçuların qatıldığı məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib.
 
"Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçirilən hazırlıq prosesində əvəzedici komandanın futbolçuları – Asim Əlizadə və Vüsal Əsgərov da iştirak edib. "Neftçi-2"nin digər üzvü Emin Zamanov isə toplanışa sabahdan qoşulacaq.
 
Qeyd edək ki, "Neftçi"nin yanvarın 10-da "Qəbələ" ilə keçirəcəyi yoxlama oyunu ləğv olunub. Rəqib komandanın hazırlıq proqramında dəyişiklik edilməsi buna səbəb olub. Yeni rəqib müəyyənləşərsə, bu haqda əlavə məlumat veriləcək. Flaqman ayın 14-də "Keşlə" ilə sınaq matçında qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest