Futbol üzrə Türkiyə millisinin və Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Yusuf Yazıcıda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun baş məşqçisi Kristof Qaltye yerli mətbuata açıqlamasında deyib.
 
55 yaşlı mütəxəssis oyunçunun 2 həftəlik karantinə göndərildiyini bildirib.
 
Qeyd edək ki, Yusuf Yazıcı 2019-cu ildə Türkiyənin "Trabzonspor" klubundan "Lill"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest