"Keşlə"nin qışda heyətə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, paytaxt klubu paraqvaylı yarımmüdafiəçi Derlis Meza Kollini heyətinə qatmağa hazırlaşır.
 
Derlis 2013-2015-ci illər aralığında "Keşlə"nin "İnter" adlandığı dövrdə də bu komandanın uğurları üçün çalışıb. O, daha sonra "Qəbələ" (2015) və "Neftçi"də (2017/18) də çıxış edib.
 
32 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Rumıniyanın "Arceş" klubunun uğurları üçün çalışır.
 
Xatırladaq ki, Derlis hazırda "Keşlə"dən çıxış edən Sezar Meza Kollinin qardaşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest