Futbol üzrə İngiltərə Premyer Liqasında daha 40 nəfər koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 28-31 dekabr aralığında 1311 nəfərdən götürülən COVİD-19 testindən 28-nin nəticəsi pozitiv olub. 1-3 yanvar aralığında isə 984 nəfər test verib ki, nəticədə 12 nəfərdə koronavirus aşkarlanıb.
 
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.
 
Qeyd edək ki, kütləvi yoluxma səbəbindən Premyer Liqada "Everton" - "Mançester Siti", "Tottenhem" - "Fulhem" və "Bernli" - "Fulhem" matçları təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest