Bu gündən Gəncə şəhər stadionunda məşqlərə start verən "Kəpəz"in hazırlıq müddətində yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri məlum olub.
 
Matc.az xəbər verir ki, gəncəlilər "Neftçi"nin əsas komandası ilə qarşılaşacaqlar.
 
Matç Bakıda baş tutacaq. Bu dəfə yoldaşlıq oyunu kimi reallaşacaq tarixi derbi yanvarın 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest