İddiaya görə, tərəflər yeni icarə müqaviləsində razılıq əldə etməyə çox yaxındırlar. 28 yaşlı forvardın özü də ötən mövsüm çıxış etdiyi komandaya qayıtmağa hazırdır.

"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi karyerasını yenidən İsrail çempionatında davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, nigeriyalı hücumçu yenidən "Hapoel" (Kiryat-Şimona) klubunun maraq dairəsinə düşüb.
 
İddiaya görə, tərəflər yeni icarə müqaviləsində razılıq əldə etməyə çox yaxındırlar. 28 yaşlı forvardın özü də ötən mövsüm çıxış etdiyi komandaya qayıtmağa hazırdır.
 
Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək müqaviləsi var. Onun "Neftçi"yə də keçidi gündəmdə idi. Lakin görünür tərəflər razılığa gələ bilməyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest