Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçü ailə qurub.
 
Matc.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib.
 
Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.
 
Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, "Sabah"a isə 2019-cu ildən cəlb olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest