Futbol üzrə İtaliya A Seriyasında dekabrın ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu ada "Milan"ın və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan çalhanoğlu layiq görülüb.
 
Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. "Milan"ın "10" nömrəsi ötən ay göstərdiyi performansla İtaliyada bütün futbolçuları geridə qoymağı bacarıb.
 
26 yaşlı futbolçu mükafatını A Seriyası çərçivəsində yanvarın 6-da keçiriləcək "Milan" - "Yuventus" qarşılaşmasından öncə alacaq.
 
Hakan çalhanoğlu dekabrda A Seriyası çərçivəsində 5 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest