Futbol üzrə İngiltərə yığmasının və "Mançester Siti"nin əfsanəvi yarımmüdafiəçisi Kolin Bell dünyasını dəyişib.
 
Matc.az xəbər verir ki, İngiltərə millisinin heyətində Avropa çempionatının bürünc medalını qazanmış futbolçu 74 yaşında vəfat edib.
 
Bu barədə "Mançester Siti"nin rəsmi saytı məlumat yayıb. Xəbərdə bir müddət öncə səhhəti pisləşən Kolin Bellin xəstəxanada öldüyü bildirilib. Onun ailəsinə və sevənlərinə başsağlığı verilib.
 
Bell, 1966-1979-cu illər aralığında "Mançester Siti" formasıyla meydana çıxdığı 492 qarşılaşmada 152 qola imza atıb. O, İngiltərə yığmasında da 48 oyun keçirib və İtaliyada keçirilmiş Aç-1968-in bürünc mükafatçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest