"çelsi"nin baş məşqçisi Maurisio Sarri Denni Drinkuoterə şans verməməsi ilə bağlı danışıb. Matç.az klubun saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunu oyun stili ilə əlaqələndirib.

"Denni yaxşı oyunçudu, onu Premyer Liqada iştirak ərizəsinə daxil etsək də, Avrokuboklar üçün nəzərdə tutmamışıq. çünki Drinkuoter mənim taktikama uyğun gəlmir. İki yarımmüdafiəçi ilə oynayanda lazım olur, amma üçlü orta sahədə Denniyə yer tapa bilmirəm. Onun yeganə problemi mənim oyun stilimə uyğun gəlməməsidir".

Qeyd edək ki, Drinkuoter 2017-ci ildə "çelsi"yə "Lester"dən 35 milyon funt-sterlinqə keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest