Futbol üzrə Xorvatiya millisinin və Türkiyənin "Beşiktaş" klubunun sabiq baş məşqçisi Slaven Biliçin yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis karyerasını çində davam etdirəcək.
 
Xorvat mütəxəssis "Beytszin Qoan" klubu ilə iki illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, Slaven Biliç son olaraq İngiltərənin "Vest Bromviç" klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib.
 
Biliç daha əvvəl İngiltərədə "Vest Hem" və Rusiyada "Lokomotiv" (Moskva) komandalarının da baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest