"Keşlə" növbəti transferini rəsmiləşdirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubu Nicat Qurbanovla müqavilə imzalayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilin sonuna qədər paytaxt təmsilçisinin formasını geyinəcək.
 
Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində "Simurq", "Neftçi", AZAL, "Zirə", "Kəpəz", "Sumqayıt" və son olaraq Gürcüstanda "Samtrediya" klubunda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest