İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut özil London təmsilçisindən ayrılmağa yaxındır.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, özil ABŞ-ın "Di Si Yunayted" klubu ilə danışıq aparır. Məlumata görə, MLS klubunun rəhbərliyi futbolçuya M10 brendini inkişaf etdirəcəyini bildirib.
 
Türkiyə mətbuatı isə futbolçunun "Fənərbaxça" ilə anlaşdığını iddia edir. 32 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, komandanın cari mövsüm üçün olan sifariş ərizəsinə daxil edilməyib.
 
Yeri gəlmişkən, "Fənərbaxça"nın mövsümün əvvəlində "Alanyaspor"dan transfer etdiyi Papiss Sisseni yola salmağa hazırlaşdığı iddia olunur. Türkiyə mətbuatı seneqallı forvardın Super Liqanın digər təmsilçisi "Fatih Karagümrük"ə keçəcəyini yazır. 35 yaşlı futbolçu Super Liqanın cari mövsümündə "Fənərbaxça" formasıyla 12 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest