AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
 
Matc.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 190 nəfər oyunçu, 1 nəfər isə məşqçi kimi sistemdə qeydiyyatda olub.
 
Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.
 
2009-cu ildən bu günə kimi 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir. 
 
Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.
 
Allah bütün şəhidlərimizə rəhmət etsin!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest