Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Ankaraspor"un yarımmüdafiəçisi Beykan Şimşeki transfer edib.
 
Bu barədə İzmir klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına "Fənərbaxça"da başlayan Beykan Şimşek, karyerası ərzində "Karabükspor", "Sivasspor", "Altınordu", "Sakaryaspor" klublarında da forma geyinib. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu klub karyerası ərzində bütövlükdə 197 rəsmi matça çıxıb, 46 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest