Futbol üzrə Argentina yığmasının, "Barselona" və "Liverpul"un sabiq yarımmüdafiəçisi Xavyer Maskeranonun yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, o, bundan sonra Argentina Futbol Federasiyasında çalışacaq.
 
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 36 yaşlı argentinalı milli komandalar üzrə strukturda çalışacaq. Maskeranonun metodologiya və inkişaf şöbəsindən məsul olacağı diqqətə çatdırılıb.
 
Argentina yığmasında 147 oyun keçirmiş Maskerano klub karyerası dönəmində "River Pleyt", "Korintians", "Vest Hem", "Liverpul", "Barselona", "Hebey" və "Estudiantes"in uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest