İtaliyanın "Parma" klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
45 yaşlı mütəxəssis A Seriyasının 16-cı turunda "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. Liverani ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Fabio Liverani 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.
 
"Parma" A Seriyasında 16 turdan sonra 12 xalla 18-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest