İtaliyanın "Parma" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Fabio Liveranini istefaya göndərən A Seriyası təmsilçisi baş məşqçi postuna Roberto Daversanı gətirib.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Qeyd edək ki, "Parma"nı 2016-cı ildən ötən ilin avqustuna qədər məhz Daversa çalışdırıb. Lakin 2020-ci ilin avqustunda onunla yolları ayıran klub rəhbərliyi komandanı Liveraniyə tapşırmışdı.
 
"Parma" A Seriyasında 16 turdan sonra 12 xalla 18-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest