İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" İtaliyanın "Atalanta" klubundan yarımmüdafiəçi Amad Diallonu transfer edib.
 
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Mançester təmsilçisi kotdivuarlı vingerlə 4,5 illik müqavilə imzalayıb. Sözləşmə başa çatdıqdan sonra müddəti daha 1 il müddətinə uzadıla bilər.
 
Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümdə "Atalanta"nın heyətində 2 oyun keçirib. Onun transfer qiyməti 15 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest