İngiltərənin "Aston Villa" klubunda koronavirusa yeni yoluxma halları aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə koronavirusa yoluxanların çox olduğu vurğulansa da, onların dəqiq sayı və kimlikləri açıqlanmayıb. Onların arasında həm futbolçuların, həm də klubda çalışanların olduğu bildirilir. Bu səbəbdən Birmingem təmsilçisi öz bazasını bağlayıb.
 
Komandanın İngiltərə kubokunun 1/32 final mərhələsi çərçivəsində "Liverpul"la oyunu öncəsi bugünkü məşqi də baş tutmayıb. "Aston Villa" – "Liverpul" matçı yanvarın 8-də keçirilməlidir. Lakin mövcud vəziyyətdə bu matçın təxirə salınacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest