İngiltərənin "Vulverhempton" klubu futbolçusu Ruben Vinaqreni icarəyə verib.
 
Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçi "Famalikan" klubuna keçib.
 
Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Vinaqre mövsümün sonuna qədər "Famalikan"ın şərəfini qoruyacaq.
 
Portuqaliyalı müdafiəçi bundan əvvəl "Olimpiakos" klubunda icarədə idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest