İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi Almaniyanın "Herta" klubunun müdafiəçisi Omar Rekiki transfer edib.
 
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Niderlandda anadan olsa da, Tunis yığmasında oynamağa qərar verən Omar Rekik, indiyə qədər Marsel "Olimpik"i, PSV, "Mançester Siti" və "Feyenoord" kimi klubların akademiyalarında futbolun sirlərinə yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest