FİFA-nın keçmiş prezidenti Jozef Blatter səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.
 
Matc.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
 
84 yaşlı sabiq prezidentin vəziyyətinin ağır olduğu bildirilsə də, həyati təhlükəsi yoxdur. Blatterin qızı bildirib ki, atasının vəziyyəti hər gün yaxşılaşır və onun istirahətə ehtiyacı var.
 
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində yerləşən FİFA muzeyinin layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar təşkilatın keçmiş prezidenti Jozef Blatterə qarşı yerli prokurorluqda cinayət işi açılıb. 84 yaşlı funksioner və onun seçdiyi şirkətlər qanun pozuntularına yol verməkdə şübhəli bilinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest