Azərbaycanın koronavirusa yoluxan veteran futbolçusu Qəhrəman Əliyevin səhhəti yaxşılaşır.
 
Matc.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev "Report"a açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, Əliyevin analizlərinin nəticəsi yaxşı çıxıb: "Artıq Qəhrəman Əliyevə yavaş-yavaş su verirlər. Sadəcə, komadan ayılmasını gözləyirik. ümid edirik ki, tezliklə tam sağalacaq".
 
Qeyd edək ki, Qəhrəman Əliyev Masallıda özəl klinikada müalicə alır. O, daha əvvəl Bakıda müalicə olunurdu. Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest