"Səbail" daha bir futbolçusu ilə vidalaşıb.
 
Matc.az xəbər verir ki, paytaxt klubu mövsümün əvvəlində heyətinə qatdığı iranlı Bəxtiyar Rəhmani ilə yollarını ayırıb.
 
Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Xəbərdə tərəflər arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edildiyi diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.
 
"Səbail" Rəhmaniyə klub kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest