Hazırlıq dönəmində 5 yoxlama matçı keçirəcək "MTK Budapeşt"in son iki rəqibi Azərbaycan təmsilçiləri olacaq. Belə ki, macarlar yanvarın 19-da "Sabah", 26-da "Qəbələ" ilə üz-üzə gələcək.

"Qəbələ"nin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir rəqibi müəyyənləşib. Matç.az-ın Macarıstan mətbuatına istinadən məlumatına görə, "qırmızı-qaralar" bu ölkənin "MTK Budapeşt" klubu ilə qarşılaşacaq.

Bildirilir ki, hazırlıq dönəmində 5 yoxlama matçı keçirəcək "MTK Budapeşt"in son iki rəqibi Azərbaycan təmsilçiləri olacaq. Belə ki, macarlar yanvarın 19-da "Sabah", 26-da "Qəbələ" ilə üz-üzə gələcək. Bu isə "MTK Budapeşt" kimi, "Qəbələ"nin də toplanış çərçivəsində son yoxlama görüşü olacaq.

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Lara bölgəsində qalacaq "Qəbələ" ayın 16-da "Meppen" (Almaniya), 24-də isə "Fakel"lə (Rusiya) qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest