İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Hakan çalhanoğlu zədələnib.
 
Türk futbolçunun "Yuventus"la oyunda (1:3) ayaq biləyindən zədələndiyi bildirilir. Onun A Seriyasının növbəti turu çərçivəsində keçiriləcək "Torino" ilə oyunda iştirak etməyəcəyi deyilir.
 
"Milan" – "Torino" oyunu sabah, saat 23:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest