Türkiyənin "Konyaspor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Norveçin "Vikinq" klubundan kosovalı yarımmüdafiəçi Zümer Bütüqini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Bütüqi "Konyaspor"da "14" nömrəli formanı geyinəcək.
 
Türkiyə klubunun digər transferləri yerli futbolçulardır. Belə ki, Konya təmsilçisi baş məşqçi İsmail Kartalın oğlu, "Fənərbaxça"nın yetirməsi olan Emre Kartalı, eləcə də İsmail Güven və Doğan Can Gölpeki heyətinə qatıb. Emre Kartalla 3.5, İsmail Güven və Doğan Can Gölpek ilə 1.5 illik müqavilə imzalanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest