"Şalke"nin Almaniya Bundesliqasındakı qələbə həsrətinə son qoyulub.
 
Matc.az xəbər verir ki, bu gün doğma meydanda "Hoffenhaym"la qarşılaşan sözügedən komanda 4:0 hesablı qələbəyə sevinib.
 
Bununla da "Şalke"nin Bundesliqa çərçivəsində bir illik həsrəti bitib. Komanda bu müddət ərzində 30 matç idi qələbə qazana bilmirdi.
 
"Şalke" sonuncu qələbəsini 2020-ci ilin 17 yanvarında Münhenqladbax "Borussiya"sı ilə oyunda qazanmışdı.
 
Bu qələbə sayəsində xal hesabını 7-yə çatdıran "Şalke" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest