Futbol üzrə Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Dortmund "Borussiya"sı bu tur çərçivəsində turnir cədvəlinin 2-cisi "Leyptsiq"in qonağı olub və inamlı qələbəyə sevinib. 
 
Cari mövsümdə qələbəyə həsrət olan "Şalke" klubu "Hoffenhaym"la ev oyunundan qalib ayrılmaqla 30 oyundan və 1 illik fasilədən sonra 3 xala sevinib. 
 
"Bayer" "Verder"i qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
15-ci tur
8 yanvar
 
Borussiya (Münhenqladbax) – Bavariya 3:2
Qol: Hofmann, 36; 45. Noyhaus, 49 – Levandovski, 20-pen. Qoretska, 26.
 
9 yanvar
 
Bayer – Verder 1:1
Qol: Şik, 70 – Toprak, 52.
 
Frayburq – Köln 5:0
Qol: Demiroviç, 18. Hofler, 39. Sallai, 59. Linhart, 69. Holer, 79.
 
Maynts – Ayntraxt 0:2
Qol: A.Silva, 24-pen; 72-pen.
 
Şalke – Hoffenhaym 4:0
Qol: Hoppe, 42; 57; 63. Harit, 80.
 
Yunion – Volfsburq 2:2
Qol: Bekker, 29. Endrix, 52 – Şteffen, 10. Veqorst, 65-pen.
 
Leyptsiq – Borussiya (Dortmund) 1:3
Qol: Sorlot, 90 – Sanço, 55. Haland, 71; 84.
 
10 yanvar
 
18:30 Auqsburq – Ştutqart
21:00 Arminiya – Herta

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest