Fransanın PSJ klubunun müdafiəçisi Tilo Kerer koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı futbolçunun Covid-19 testinin nəticəsi müsbət çıxıb. Kerer kollektivdən təcrid edilib.
 
Alman futbolçu cari mövsümdə 14 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest