Futbol üzrə Fransa çempionatında 19-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub. 
 
Lider Lion "Olimpik"i bu turda çətin "Renn" səfərinə yollanıb və xal itkisi ilə üzləşib.
 
"Monako" "Anje"ni darmadağınla yola salıbsa, "Lill" səfərdə "Nim"i sınağa çəkib və minimal hesabla qalib gəlib.
 
Baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında ilk oyunda xal itirən PSJ bu tur çərçivəsində "Brest"i darmadağına edib. Marsel "Olimpik"i isə "Dijon" səfərinə yollanıb və turu 1 xalla başa vurub.
 
Fransa Liqa 1
19-cu tur
9 yanvar
 
Bordo – Loryan 2:1
Qol: Oudin, 13; 43 – Moffi, 23.
 
Dijon – Olimpik (Marsel) 0:0
 
Lans – Strasburq 0:1
Qol: Diallo, 21.
 
Mets – Nitsa 1:1
Qol: Boye, 79 – Quiri, 18-pen.
 
Monako – Anje 3:0
Qol: Maripan, 40. Folland, 72. Yovetiç, 81.
 
Monpelye – Nant 1:1
Qol: Oyonqo, 6 – Louza, 51.
 
Nim – Lill 0:1
Qol: B.Yılmaz, 29.
 
PSJ – Brest 3:0
Qol: M.Kin, 16. İkardi, 81. Sarabia, 83.
 
Reyms – Sent-Etyen 3:1
Qol: Dia, 12-pen; 37. Kafaro, 58 – Abi, 72.
 
Renn – Olimpik (Lion) 2:2
Qol: Qrenye, 20. Buriqe, 55 – Depay, 79. Denayer, 82.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest