Matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namiq Ələsgərov vurub

Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri "Neftçi" qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubu öz bazasında Birinci Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb.
 
Matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namiq Ələsgərov vurub. 
 
Qeyd edək ki, bu, qış fasiləsində Azərbaycan klublarının ifasında ilk yoxlama oyunu olub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest